EN

Məşhur aktyor Papa XIV Leo ilə görüşüb

Məşhur

Amerikalı məşhur aktyor Al Paçino tarixi bir ilkə imza atıb. O, Papa XIV Leo ilə ictimaiyyətin, medianın qarşısında görüşən ilk Hollivud ulduzu olub.

Reyting.az
xəbər verir ki, "Variety" nəşri 85 yaşlı kino ulduzunun bu ziyarətini "Vatikana tarixi səfər" kimi qiymətləndirib.

Dünya şöhrətli aktyor prodüseri Andrea İervolino ilə birlikdə Amerika vətəndaşı olan Vatikan Papası Leo ilə görüşdə ona "Maserati: Qardaşlar" layihəsini, əfsanəvi avtomobil brendinin yaradıcıları barədə biopiktoku təqdim ediblər.

Kino ulduzunun prodüseri İervolino görüşdən sonra deyib:

"Papa XIV Leonun mesajlarında dəfələrlə vurğuladığı dəyərlər həmçinin Maserati ailəsinin tarixi ilə də üst-üstə düşür. Onların irsi təkcə yeniliklərin üzərində deyil, eyni zamanda qarşılıqlı hörmət və həmrəylik üzərində qurulub".

Al Paçino yeni filmində şirkətin yarandığı günlərdə Maserati qardaşlarına dəstək verən iş adamı Vinçenzo Vakkaro rolunu oynayacaq.

Onu da qeyd edək ki, yeni ekran əsərində Al Paçino ilə bərabər digər Hollivud ulduzları - Entoni Hopkins, Endi Qarsia və Cessika Alba da rol alıb. Bu filmdə ulduzlarla dolu aktyor heyəti iştirak etsə də, lakin kino layihənin əsas nümayəndələri kimi təmsilçilərdən yalnız Al Paçino vəAndrea İervolino Papa ilə görüşdə iştirak edib.

Oqtay QORÇU
Chosen
9
1
reyting.az

2Sources