EN

Yenidən B seriyasında işləyəcək

Filippo İnzaqi iş yerini dəyişib.

"Football-plus.az" xəbər verir ki, italiyalı mütəxəssis “Palermo”nun baş məşqçisi təyin olunub. Klubun mətbuat xidmətinin məlumatına görə, 52 yaşlı məşqçi ilə “2+1 il”lik müqavilə imzalanıb.

O, İtaliya B seriyası təmsilçisində işə iyulun 1-də başlayacaq.

İnzaqinin sonuncu klubu “Piza” olub. O, klubdan bu ay ayrılıb. Mütəxəssis karyerası ərzində “Milan”, “Bolonya”, “Venetsiya”, “Benevento”, “Breşia”, “Reccina” və “Salernitana”da da işləyib.

Chosen
22
1
football-plus.az

2Sources