EN

Haaqa sammiti çərçivəsində Ukrayna-NATO görüşü keçiriləcək

BAKI, 19 iyun. TELEQRAF

İyunun 24-25-də NATO ölkələrinin Haaqada keçiriləcək sammiti çərçivəsində Ukrayna-NATO Şurasının (UNŞ) iclası xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Teleqraf xəbər verir ki, NATO-nun saytında dərc olunmuş sammit proqramında belə deyilir.

Bu proqrama əsasən, UNŞ-nin iyunun 24-də NATO-nun baş katibi Mark Ruttenin sədrliyi ilə xarici işlər nazirləri səviyyəsində işçi nahar formatında görüşünün keçirilməsi planlaşdırılır.

Paralel olaraq, Hollandiyanın müdafiə naziri Ruben Brekelmansın sədrliyi ilə Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası da işçi nahar formatında keçiriləcək.

Eyni zamanda, NATO ölkələrinin liderləri və onların həyat yoldaşları Heys ten Bos kral iqamətgahında Kral Villem-Aleksandr və Kraliça Maksimanın təntənəli qəbuluna toplaşacaqlar.

Chosen
19
teleqraf.com

1Sources