EN

Putin: Donbass və Novorossiya Rusiyanın ayrılmaz hissələridir

Donbass və Novorossiyanın tarixi bölgələri referendum əsasında Rusiyanın tərkibindədir...

Poliqon xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

"Biz bu ərazilərin vətəndaşlarının müraciətlərini cavablandıraraq referendum keçirdik. İndi bu, Rusiyanın ayrılmaz hissəsidir", dövlət başçısı bildirib.

Putin həmçinin vurğulayıb ki, Ukraynanın demilitarizasiyası onu gələcəkdə RusiyaRusiya xalqını təhdid edə biləcək silahlı qüvvələrdən məhrum etməkdən ibarətdir. O əlavə edib ki, Rusiya müharibə zamanı qarşıya qoyduğu məqsədlərə nail olacaq.

Poliqon.info 

Chosen
9
poliqon.info

1Sources