EN

İqtisadiyyat və dövlət idarəçiliyi

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə "Milli iqtisadiyyat və dövlət idarəçiliyi" mövzusunda birgünlük təlim keçirilib.

Təlimi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov aparıb. 120 nəfərə yaxın iştirakçının qatıldığı sessiyada prezidentli respublika modelinə keçidin vahid və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsində oynadığı roldan bəhs olunub. Bildirilib ki, məhz bu sistemli idarəçilik yanaşması milli iqtisadiyyatın sürətli və dayanıqlı inkişafını şərtləndirib.

İştirakçılar təlim müddətində dövlət idarəçiliyi sahəsində qazanılan təcrübə, iqtisadi strategiyaların formalaşdırılması və icrası, regional inkişafın prioritet istiqamətləri barədə geniş məlumat əldə ediblər. İştirakçılarla interaktiv sessiya keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Səbuhi HƏSƏNOV
XQ

 

Chosen
18
4
xalqqazeti.az

5Sources