EN

Meta OpenAI ın İT mütəxəssislərinə 100 milyon dollarlıq bonus təklif edir

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Süni intellekt yarışına fəal şəkildə qoşulan ABŞ-nin "Meta Platforms" İT korporasiyası "OpenAI"ın işçilərinə onları cəlb etmək üçün 100 milyon dollara qədər bonus təklif edib.

Oxu.Az "Reuters" agentliyininə istinadən xəbər verir ki, bu barədə "OpenAI" şirkətinin baş direktoru Sem Altman "Uncapped" podkastının son buraxılışında bildirib.

İllik kompensasiya paketini əhəmiyyətli dərəcədə üstələyən məbləğlər "Meta"nın aparıcı mütəxəssisləri cəlb etmək səylərinin miqyasını vurğulayır. Altman, belə təkliflərə baxmayaraq, "OpenAI"ın əsas işçilərinin hələ də şirkəti tərk etməməsindən məmnunluğunu ifadə edib.

Altmanın sözlərinə görə, mütəxəssislər "OpenAI"da qalırlar, çünki şirkətin rəqiblərindən daha güclü süni intellektin (AGI) yaradılmasına nail olacağına inanırlar ki, bu da əhəmiyyətli dərəcədə böyük kapitallaşma vəd edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
oxu.az

1Sources