21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qrup mərhələsi başa çatıb.
İdman.biz xəbər verir ki, Slovakiyanın evsahibliyi etdiyi turnirdə ciddi sürpriz qeydə alınmayıb.
Favorit yığmalar qrup mərhələsində uğurlu çıxış edərək, pley-offa yüksəliblər. İspaniya 1/4 finalda son çempion İngiltərə, Almaniya isə İtaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, pley matçları iyunun 21-də və 22-də təşkil olunaçacaq.
Avropa çempionatı, 1/4 final
21 iyun
Portuqaliya - Niderland
İspaniya - İngiltərə
22 iyun
Almaniya - İtaliya
Danimarka - Fransa
İdman.biz