EN

Samvel Karapetyan iki ay müddətinə həbs edilib YENİLƏNİB-1

Rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan iki ay müddətinə həbs edilib.

Ermənistan məhkəməsinin qərarına əsasən, Karapetyana qarşı “hakimiyyəti zorla ələ keçirməyə açıq çağırış” maddəsi üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, Samvel Karapetyan son vaxtlar ölkədəki siyasi vəziyyətlə bağlı hakimiyyətə qarşı kəskin tənqidi çıxışlar etmişdi.


***
12:49

Samvel Karapetyan hakimiyyəti ələ keçirmək üçün açıq çağırışlarda ittiham olunur.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

***

10:12

Rusiyalı iş adamı Samvel Karapetyan həbs edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edək ki, ötən gün Ermənistan Kriminal Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində axtarışlara başlayıb.

Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Ermənistan Daxili İşlər Nazirliyi Samvel Karapetyanın saxlanılmasını təsdiqləyib. DİN-in mətbuat katibi Narek Sarqsyan bildirib ki, Karapetyan İrəvanda tutulub.

Chosen
14
7
apa.az

10Sources