İranda istifadəçilərin internetə çıxışına müvəqqəti məhdudiyyətlərin qoyulub.
ONN media xəbər verir ki, bu barədə İran Rabitə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu qərar düşmənin rabitə şəbəkəsindən hərbi məqsədlər üçün sui-istifadə etməsi səbəbilə verilib.
Qeyd edək ki, bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin paytaxt Tehrana və digər bölgələrə son hücumundan sonra İranda internetin kəsildiyi barədə xəbərlər yayılmışdı