Azərbaycan millisinin üzvü Mahir Emreli karyerasını Almaniyanın "Kayzerslautern" klubunda davam etdirəcək.
Axar.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.
Onun II Bundesliqa klubu ilə 3 illik müqavilə bağladığı bildirilib.
Qeyd edək ki, Mahir Emreli ötən mövsümü II Bundesliqanın digər təmsilçisi "Nürnberq"də keçirib.