Moldovada “Billie Jean King Cup” tennis turniri davam edir.
"Football-plus.az" xəbər verir ki, yarışda Azərbaycan idmançıları da müvarizə aparır.
Millimiz Albaniya tennisçiləri ilə qarşılaşmada qələbə qazanıb. İlk oyunda Lalə Eyvazova Guli Anaterzanı 2:1 hesabı ilə məğlub edib. Növbəti qarşılaşmada isə Mişel Cahangirova Dule Kristaldan güclü olub - 2:0.
Albaniyalılar qoşa mübarizədən imtina etdikləri üçün millimiz yekunda 3:0 hesablı qələbə qazanıb.