EN

TRAMP İRANA QAPILARI BAĞLADI: "Daha gecdir, danışa bilmərik" - "Biz İrana hücum edə də, etməyə də bilərik"

ABŞ prezidenti Donald Tramp İrana hücum edib-etməyəcəyi ilə bağlı suala ikibaşlı cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Ağ Evin həyətində nəhəng bayraq dirəklərinin quraşdırılması mərasimində jurnalistlərin suallarına cavabda deyib.

Donald Tramp İrana hücumla bağlı sualı belə cavablandırıb: "Bu hücum ola da bilər, olmaya da. Nə edəcəyimi heç kim bilmir. İranın çox problemi var. Onlar bizimlə danışıqlar aparmaq istəyirlər. Görək. İranın danışıqlar aparmaq üçün hətta Ağ Evə gəlmək istəyirlər. Lkain mən artıq gecdir dedim. Mən onlara dedim ki, indiki ilə bir həftə əvvəl arasında böyük fərq var. İndi onlar üçün asan deyil...".

Tramp İran lideri Əli Xamneyinin “Biz heç vaxt təslim olmayacağıq” ifadəsinə isə belə şərh verib: “Ona uğurlar arzulayıram”

O, Rusiya prezidenti Vladimir Putinin ona vasitəçilk təklifindən də söz açıb: "Putinə dedim ki, mənə bir yaxşılıq et, əvvəl Rusiyaya Ukrayna məsələsi ilə bağlı vasitəçilik et, sonra İran haqda düşünə bilərsən"

Lamiyə Əhmədli
MİA.AZ

Chosen
6
1
mia.az

2Sources