EN

Hakan Çalhanoğlu ilə razılığa gəldi - “Qalatasaray”

Türkiyə millisinin və “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını ölkəsində davam etdirə bilər.

Sportinfo.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu “Qalatasaray”la prinsipial razılığa gəlib.

İstanbul təmsilçisi hazırda “İnter”lə transfer məbləği ilə bağlı razılıq əldə etməyə çalışır. “Cim-bom” bu keçidi 15-20 milyon avroya reallaşdırmaq istəyir.

Ancaq bu, asan görünmür. Çünki “İnter” onun üçün ən azı 40 milyon avro tələb edir.

Çalhanoğlunun Milan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

Chosen
18
4
sportinfo.az

10Sources