EN

İsrail Ordusu İrana "üçüncü zərbə" dalğasını elan edib

İsrail Hərbi Hava Qüvvələri İrana "üçüncü zərbə" dalğasına başlayıb.

Azreform.info "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə bildirib.

"Zərbələrin üçüncü dalğası bir müddət əvvəl başlayıb və İranın qərb bölgəsinə yönəlib. İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr yer-yer raketləri olan buraxılış qurğuları və anbarların üzərindən uçur. Qırıcılar əvvəllər vurulmuş ərazilərə yenidən daxil olmağa və oradan sursat çıxarmağa çalışan silahlıları (İran hərbçiləri - red.) hədəfə alırlar", - briqada generalı deyib.

Ordu rəsmisinin sözlərinə görə, İsrail İranın hərbi potensialını bərpa etməsinə mane olmaq niyyətindədir.

"Biz sistematik olaraq İranın raket infrastrukturuna hücum edirik. İsrail Hərbi Hava Qüvvələri İran üzərində uçuşlar həyata keçirir və buraxılış qurğularını izləyir. Bu zərbələr bizə müharibənin məqsədlərinə tam çatana qədər əməliyyat azadlığına nail olmağa imkan verir", - Defrin vurğulayıb.

O əlavə edib ki, İsrail lazım bildiyi müddətdə bu zərbələri davam etdirmək niyyətindədir: "Sizə xatırladıram: biz İsrailin siyasi rəhbərliyi səviyyəsində müəyyən edilmiş vəzifəyə nail olmaq üçün nə qədər lazımdırsa, hərəkət edəcəyik".

Chosen
11
7
azreform.info

10Sources