BAKU.WS xəbər verir ki, mütəxəssislər bildirirlər ki, qarpız və pendir birlikdə yeyildikdə bədənin bəzi funksiyalarına müsbət təsir göstərə bilər. Qarpızın tərkibində bol miqdarda su, təbii şəkər və antioksidantlar var. Pendir isə sağlam yağlar və zülallarla zəngindir.
Niyə birlikdə yemək faydalıdır?
– Qarpız təkbaşına yeyildikdə qan şəkərini sürətlə qaldıra bilər. Pendir bu təsiri yavaşladır və qan şəkərinin balansda qalmasına kömək edir.
– Qarpızda olan likopen adlı antioksidantın bədəndə daha yaxşı sorulması üçün yağa ehtiyac var. Pendirdəki yağ bu prosesə dəstək olur.
– Bu ikili həm də toxluq hissini uzadır, yay aylarında həm sərinlədici, həm də doyurucu alternativ sayılır.
Ancaq mütəxəssislər qeyd edir ki, hər şeydə olduğu kimi burada da ölçü vacibdir. Həddindən artıq istifadə mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər.
5Sources
-
news24.azQarpızla pendiri birlikdə yemək olar? ( 18650206)
-
news24.azQarpızla pendiri birlikdə yemək olar? ( 18650248)
-
demokrat.azQarpızla pendiri birlikdə yemək olar? — Mütəxəssislərdən cavab ( 18390340)
-
far.azQarpızla pendiri birlikdə yemək olar? – Mütəxəssislərdən cavab ( 18387850)
-
baku.wsQarpızla pendiri birlikdə yemək olar? Mütəxəssislərdən cavab ( 18387787)