"Football-plus.az" xəbər verir ki, "qartallar" Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq.
Bununla bağlı "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov klubun mətbuat xidmətinə açıqlama verib:
“Püşk bizə “Hayduk” komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”.