EN

Azərbaycan yığması Avropa çempionatında 11-ci olub

İtaliyanın Genuya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında növbəti yarış gününə yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün qılıncoynatmanın sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.

Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığmamız 1/16 finalda Almaniya millisi ilə qarşılaşıb. 43:45 hesabı ilə uduzan qılıncoynadanlarımız 9-16-cı yerlər uğrunda mübarizə aparıblar. Əvvəlcə Yunanıstan yığmasına 42:45 hesabı ilə məğlub olan komandamız Böyük Britaniya sablyaçılarına 45:31 hesabı ilə qalib gəlib.

Yekunda millimiz Avropa çempionatını 11-ci pillədə başa vurub.

İdman.biz

Chosen
30
7
idman.biz

8Sources