EN

Bakı - Qazax qatarına bilet fantastik qiymətə təklif olundu: 147 manat!


Azərbaycan Dəmir Yolları (ADY) iyunun 15-dən Bakı-Qazax-Bakı istiqamətində qatarla sərnişindaşımanı bərpa edib.
İnformasiya texnologiyaları üzrə ekspert Osman Kazımov Medianews.az-a bildirib ki, ADY mövcud Bakı-Ağstafa-Bakı istiqamətində hərəkət edən sürətli qatarların marşrutunu Qazax stansiyasına qədər uzatmaqla bunu reallaşdırıb: “Pandemiya zamanı dayandırılan bu marşrut 6 il olardı ki, işləmirdi. Əvvəllər 8 saata gedilən yolu hazırda “Stadler Rail Group” şirkətinin istehsalı olan birmərtəbəli müasir qatarlar 5 saat 36 dəqiqəyə qət edir. Uzun müddət işləməyən marşrutun işə salınması, Ağstafa-Qazax yolunun və infrastrukturun bərpa edilməsi və Qazax Dəmir Yol Stansiyasının binasının yenidən qurulması istiqamətidnə ADY-nin səyləri təqdirəlayiqdir. Lakin təəssüf ki, qiymətlər məsələsində bu marşrut üzrə də xoşagələn vəziyyət yoxdur. Bakı-Balakən marşrutunda olduğu kimi burada da qiymətlər yetərincə yüksəkdir”.
O.Kazımov qeyd edib ki, Bakı-Qazax-Bakı marşrutunda bir istiqamətdə olan 1 biletin qiyməti belədir:
Standart 19.9 AZN
Standart+ 26.1 AZN
Biznes 43.9 AZN
Birinci klass 124.4 AZN.

Bakı-Qazax sərnişin qatarında bir biletin qiyməti - <span style=color:red>147 manat!

O.Kazımovun sözlərinə görə, iyunun 17-də isə Bakı-Qazax qatarına Birinci klass biletin qiyməti 147 manat nəzərdə tutulub: “Təsəvvür edin: 147 manat! Vağzala qədər taksi ödənişlərini nəzərə alsaq bu rəqəm 170 manata qalxacaq. Ağlasığmazdır. Görəsən bu xidmətin daxilində nələr nəzərdə tutulub? Dövlət sektorunda ezamiyyə xərcləri ilə bağlı qaydalarda dövlət qulluqçuları üçün belə yol xərcləri nəzərdə tutulmayıb. Yəni nazirlər, yüksək vəzifəlilər güman ki, bundan istifadə etməyəcəklər. Biznes sektoru da, Qazax rayonunun sahibkarları da ağlım kəsmir ki, gediş-gəliş üçün 300+ manat ödəsin. Belə olan halda maraqlıdır ki, ADY belə ifrat yüksək qiyməti hansı təbəqə üçün, hansı metodlarla müəyyən edib?

Bakı-Qazax sərnişin qatarında bir biletin qiyməti - <span style=color:red>147 manat!

Biz gözləyirdik ki, ADY hətta Bakı-Balakən qatarının qiymətlərini xeyli endirəcək. Monitorinqlər də göstərirdi ki, doluluq, bayramları çıxsaq, heç vaxt yetərli olmur.
Bir daha qeyd etmək istərdim ki, 6 il dayanmış dəmiryolu ilə ölkədaxili sərnişin daşınmasının yenidən bərpa edilməsi təqdirəlayiq bir addım olsa da, qiymətlərin reallıqdan çox uzaq olması da bir o qədər məyusedicidir”.

Nailə Qasımova


Chosen
22
gender.az

1Sources