EN

Avstraliya limanlarını rus tankerləri üçün bağlayır

Bu, Avstraliyanın Rusiyanın tanker donanmasına qarşı ilk sanksiyalarıdır.

QHT.az xəbər verir ki, Avstraliya Rusiyanın “Kölgə Donanması”na qarşı sanksiya tətbiq etdi. Avstraliya Rusiya hərbi maşınının maliyyələşdirilməsini və neft sanksiyalarından yan keçməsini təmin edən “kölgə donanması”nın 60 tankeri üzərində sanksiya tətbiq edib. Avstraliya bu addımla, Rusiya ilə mübarizədə ən böyük sanksiya qərarlarından birini qəbul etmiş oldu. Sanksiyalar, bu gəmilərin limanlara çıxışını, sığortasını və texniki xidmətini əhatə edəcək.

Avstraliya artıq 1400-dən çox sanksiya tətbiq edərək Kremlə təzyiq göstərməkdə davam edir. Bu, ölkənin xüsusi olaraq Rusiya “kölgə donanması”na qarşı atdığı ilk sanksiya addımıdır. Rusiya Yunanıstan yaxınlığında qeyri-qanuni neft daşımaları həyata keçirərək ətraf mühit üçün ciddi təhlükə yaradır. Köhnə gəmilərin texniki vəziyyəti və sığortasız olması, Avropa İttifaqı sahillərində böyük ekoloji fəlakətlərə səbəb ola bilər.

 

R.İmanov

Chosen
10
qht.az

1Sources