EN

Dünya çempionatı: Olimpiya çempionumuz bürünc medal qazandı

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, altıncı yarış günündə Azərbaycan millisinin daha bir idmançısı mübarizəyə qoşulub.

İlk mərhələdən azad olan Zelim Kotsoyev (100 kq) 1/16 finalda Cennaro Pirellini (İtaliya), ardınca Marat Baykamurovu (Qazaxıstan) məğlub edib. Olimpiya çempionumuz 1/4 finalda Arman Adamyanla (İJF) güləşib.

Rəqib mərhələ adladığından Kotsoyev təsəlliverici görüşə qatılıb.
 

Nikolos Şerazadişviliyə (İspaniya) qalib gələn Zelim bürünc medal uğrunda Sex-Yon Kimlə (Cənubi Koreya) gücünü yoxlayıb. İnamlı qələbə qazanan cüdoçumuz bürünc qazanmaq şansını qaçırmayıb.


Qeyd edək ki, dünya çempionatında millimizin heyətində hələlik Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) bürünc medal qazanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
4
4
bizim.media

5Sources