EN

Dünya ulduzu ​"Fənərbaxça"ya razılıq verdi

"Fənərbaxça" “Tottenhem”in futbolçusu Heung Min-Sonla razılıq əldə edib. Metbuat.az xəbər verir ki, futbolçu "Fənərbaxça"ya transfer olmağa razılıq verib. Bildirilir ki, “Fənərbaxça”nın məşqçisi Joze Mourinyo “Tottenhem”də işləyərkən Heung Min-Sonun oyunundan razı qalıb. Oyunçu yenidən Joze Mourinyo ilə işləmək istəyir. İddialara görə, “Tottenhem”də 6 milyon avro qazanan futbolçu "Fənərbaxça"dan illik 9 milyon avro tələb edib.

“Tottenhem”in futbolçu üçün 30 milyon avro tələb etdiyi irəli sürülür. Futbolçunun müqaviləsi gələn mövsüm başa çatacağından London komandası oyunçusundan transfer haqqı qazanmaq istəyir.

Chosen
42
11
metbuat.az

10Sources