EN

“Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” kitabının yazılışı yekunlaşıb

II Qarabağ müharibəsində qazilərimizin, şəhidlərimizin şücaəti hesabına qazanılmış tarixi qələbə yüksək mənəviyyatın qazancı oldu.

Qaliblərin xatirəsini əbədiləşdirmək, şəhidlərimizin həyat hekayətini yazmaq şükürdür. QHT-media təmsilçisi olaraq, 1 ilə yaxın müddətdə 40 şəhidin döyüş və həyat yoluna nəzər salaraq “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı, yeni kitabı yazıb ərsəyə gətirmək qürurvericidir. Missiyamız qəhrəmanlarımızı bədii-fəlsəfi yanaşma ilə geniş auditoriyaya tanıtmaqdır.

Bu fikirləri tədqiqatçı jurnalist, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi sədri Əkrəm Bəydəmirli bildirib. QHT sədrinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” layihəsini həyata keçirir. Layihə çərçivəsində “Qəhrəmanlıq tariximiz: nəsillərə örnəkdir” adlı yeni kitab nəşr olunacaq. Yazılış prosesi başa çatıb. Hazırda redaktə işlərini davam etdiririk.

AzPost.az

Chosen
17
4
azpost.info

5Sources