BAKI, 18 iyun. TELEQRAF
Kiyevin Solomenski rayonunda axtarış-xilasetmə əməliyyatı 39 saatdan çox davam edib və dağıntılar altından 23 cəsəd çıxarılıb.
Teleqraf “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.
Onun sözlərinə görə, iyunun 17-də Rusiyanın hücumu zamanı paytaxtda 28 nəfər həlak olub, 140-dan çox insan yaralanıb.