EN

Bakıda 90 il əvvəl istimarı başa çatan bina hələ də sökülmürVİDEO

Tavan uçub, divarlar aralanıb...

Xezerxeber.az xəbər verir ki, söhbət Paytaxtın Şahmar Ələkbərov küçəsində yerləşən yaşayış binasından gedir. Sakinlər bildirib ki, təxminən 1880-ci illərdə inşa edilən 3 mərtəbəli yaşayış binasının istismar müddəti hələ, 90 il əvvəl başa çatıb.

Lakin, buna baxmayaraq, hələ də söküntü prosesi icra edilməyib.

Sakinləsin sözlərinə görə mütəmadi olaraq binadan qopub düşən daş parçaları, onlar üçün heç də hər zaman xəsarətsiz ötüşmür.

Onun sözlərinə görə, binanın indiki vəziyyəti ilə bağlı, bütün əlaqədar qurumlara yenidən müraciət edilib. İndi onlar, aidiyyatı qurumlar tərəfindən işin icrasını gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
15
xezerxeber.az

1Sources