EN

Tramp İrana "son ultimatum" verdi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı "son ultimatum"la çıxış edib.
 
Oxu.Az-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəhbəri jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
O, İran səmasının tamamilə ABŞ-nin nəzarətində olduğunu qeyd edərək, Yaxın Şərqdə çoxlu xoşagəlməz hadisələrin baş verə biləcəyini vurğulayıb.
 
"Bu, cəmi iki çox sadə sözdür - qeyd-şərtsiz kapitulyasiya. Sadə dillə desək, bu, o anlama gəlir ki, kifayətdir, təslim oluram, daha heç nə olmayacaq", - deyə Tramp izah edib.
 
O etiraf edib ki, İran bu təklifi rədd edərsə, ABŞ İranın hərbi və nüvə infrastrukturunu vura bilər.
 
ABŞ lideri Yaxın Şərqdə baş verənlərin fonunda gələn həftənin "böyük bir həftə olacağını" söyləyib.
Chosen
25
50
moderator.az

10Sources