EN

İsrail Ordusu Kermanşahda İranın daha üç hərbi helikopterinin məhv edildiyini bildirib

İsrail Hərbi Hava Qüvvələri Kermanşahdakı bazada daha İranın üç "AH-1" hərbi helikopterini bombardman edib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu helikopterlər İranın hava məkanında fəaliyyət göstərən İsrail təyyarələrinə hücum üçün nəzərdə tutulub.

Daha əvvəl İsrail Müdafiə Ordusu eyni bazada İranın beş helikopterinin məhv edildiyini bildirmişdi.

Chosen
9
12
far.az

10Sources