EN

Hərbi xidmətdən qayıdan gənc itkin düşdü


Cəlilabad rayon sakini itkin düşüb.

News24.az xəbər verir ki, hadisə rayonun Seyidbazar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2004-cü il təvəllüdlü Əlişa Hüseynağa oğlu Mirzəyev ötən gün heç kimə xəbər vermədən evi tərk edib və bir daha geri qayıtmayıb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin şəxsi tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Əlişa Mirzəyev bir neçə ay öncə hərbi xidmətdən tərxis olunmuşdu.

Chosen
18
8
news24.az

10Sources