EN

Azərbaycanın Məhkəmə Hüquq Şurası ilə Albaniyanın Ali Məhkəmə Şurası arasında Anlaşma Memorandumu

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Albaniyanın Ali Məhkəmə Şurasının sədri İlir Rusi Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovla görüşüb.

Bizimyol.info xəbər verir ki, görüşdə Azərbaycanla Albaniya arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu məqsədlə Azərbaycanın Məhkəmə-Hüquq Şurası və Albaniyanın Ali Məhkəmə Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Memorandum qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın qurulması, bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin tərəflərin institusional potensialının gücləndirilməsi məqsədini daşıyır.

Beynəlxalq konfrans çərçivəsində həmçinin, İnam Kərimov Sloveniyanın Məhkəmə-Hüquq Şurasının sədri xanım Urška Kežmah və Slovakiyanın Məhkəmə Şurasının üzvü xanım Dana Jelinkova Dudzikova ilə də ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
9
bizimyol.info

10Sources