EN

Elmar Baxşıyev püşkü dəyərləndirdi

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Konfrans Liqasının II mərhələsinin püşkü atılıb.

Futbolpress.az xəbər verir ki, “Araz-Naxçıvan” Yunanıstan “Aris”i ilə qarşılaşacaq. Komandanın baş məşqçisi Elmar Baxşıyev püşkü dəyərləndirib:

“Potensial rəqiblərimizin hamısı güclü komandalardır. Ümumiyyətlə, avrokuboklarda zəif-güclü rəqib axtarmaq yersizdir. Həm də burada rəqibi biz deyil, püşk seçir. İndiki məqamda əsas işimiz komandanı tez bir zamanda komplektləşdirmək, təlim-məşq toplanışına tam heyətlə çıxmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəqibi hələ analiz etməmişik. Püşk indi atıldı. Onları analiz etmək, zəif və güclü tərəflərini öyrənmək üçün zamanımız var”.

Qeyd edək ki, oyunlar iyulun 24-də və 31-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
53
12
futbolpress.az

10Sources