EN

İranın təhlükəsizlik orqanı sıradan çıxarıldı

İsrail Müdafiə Qüvvələri (IDF) İranın daxili təhlükəsizlik qərargahını məhv edib.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz “Telegram” kanalında bildirib. O, hökumətlə əlaqəli hədəflərə zərbələrin davam etdiyini deyib.

Katz yazıb: “İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İran rejiminin daxili təhlükəsizlik qərargahını – İran diktatorunun mərkəzi repressiv orqanını məhv ediblər. Söz verdiyimiz kimi, biz güc simvollarına zərbələr endirməyə və Ayətullah rejimini hər yerdə vurmağa davam edirik”.

Chosen
18
2
busaat.az

10Sources