EN

Bahçeşehir Universitetinin Kipr filialı saxta diplom verirmiş...

Azərbaycanda doktorantura 3-4 ilə tamamlanan bir prosesdir. Ancaq Ali Attestasiya Komissiyasının sərt qaydaları nəticəsində bu proses 15-20 ilə bitir. Belə olan halda insanlar xaricdə doktorantura təhsili ilə maraqlanmaga başlayır. Ancaq onların bir qismi bizim təhsil sistemimizlə uzlaşmır". 

Bu sözləri Hit.az-a təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, Şimali Kipr Türk Respublikasının“Bugün Kıbrıs” qəzetinin saxta diplom iddiası ilə çıxış etməsi araşdırılmalıdır. Qəzetin iddiasının nə dərəcədə doğru olub-olmamadığı bəlli deyil: 

"Həmin diplomlar Azərbaycanda təsdiqini tapıbsa, burda korrupsiya faktının olduğu ortaya çıxır. Bir sözlə "diplom alveri" məsələsi araşdırılmalıdır. Burda diplom alan şəxslərin təhsil keyfiyyətinin aşağı olması meydana çıxır. Məlum universitet bu ittihamlarla bağlı mütləq açıqlama verməlidir".

Qəzet Bahçeşehir Universitetinin Kipr filialında Azərbaycandan olan şəxslərə, o cümlədən bəzi məmurlara və dövlət qulluqçularına dərslərə qatılmadan saxta doktorantura diplomları verildiyini iddia edir.

Sevinc

Chosen
5
13
hit.az

10Sources