EN

"Real"da ciddi itki: Ulduz futbolçu xəstələndi

"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının ilk turunun "Əl-Hilal"la oyununu buraxa bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Fransalı futbolçu komandanın axşam məşqində iştirak etməyib. Səbəb kimi futbolçunun xəstə olması göstərilir.

"Real"ın baş məşqçisi Xabi Alonso bildirib ki, Mbappenin vəziyyəti artıq yaxşılaşmağa doğru gedir, lakin o, hələ tam sağalmayıb və matçda oynayıb-oynamayacağı dəqiq bilinmir. Qərar oyundan əvvəl veriləcək.

Chosen
13
publika.az

1Sources