Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli yeni klubu ilə bağlı qərar verib.
Ölkə.az Sportal.az-a istinadən xəbər verir ki, 27 yaşlı Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə müqavilə imzalayıb.
Müqavilə üç illikdir. Mahir ötən mövsümü "Nürnberq"də keçirib. "Kayzerslautern" isə 2-ci Bundesliqada 7-ci pillədə qərarlaşıb.