EN

Cənubi Koreya, ABŞ və Yaponiya “Şimali Koreya təhlükəsinə qarşı” birgə hava təlimləri keçirəcək

Cənubi

Cənubi Koreya, ölkənin cənubundakı Çecu adası yaxınlığında ABŞ və Yaponiya ilə birlikdə, “Şimali Koreya təhdidinə qarşı üçtərəfli təhlükəsizlik əməkdaşlığını gücləndirmək” məqsədilə birgə hava təlimləri keçirdiyini açıqlayıb.

Xalqcebhesi.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreya Hərbi Hava Qüvvələri (ROKAF), Prezident Li Cae Myonqun 4 iyunda vəzifəyə başlamasından sonra üç ölkənin birgə keçirdiyi ilk təlimlə bağlı bəyanat yayıb.

Bəyanatda, təlimlərin Çecu adası yaxınlığında keçirildiyi, Cənubi Koreyaya məxsus iki F-15K, ABŞ-a məxsus altı F-16 və Yaponiyaya məxsus iki F-2 qırıcı təyyarənin iştirak etdiyi bildirilib.

Təlimlərin, “Şimali Koreyanın nüvə və raket təhdidləri fonunda” Cənubi Koreya, ABŞ və Yaponiya arasında təhlükəsizlik əməkdaşlığını gücləndirmək məqsədi daşıdığı və bu kimi üçtərəfli təlimlərin davam etdirilməsinin planlaşdırıldığı qeyd olunub.

Cənubi Koreya Prezidenti Li və Yaponiya Baş naziri İşiba Şigeru, Kanadanın Alberta əyalətində keçirilən G7 Zirvəsi çərçivəsindəki görüşdən sonra, ABŞ-ın da iştirakı ilə Şimali Koreya məsələsi də daxil olmaqla müxtəlif regional geosiyasi böhranlara qarşı üçtərəfli əməkdaşlığı inkişaf etdirmək öhdəliyi götürüblər.

Məryəm Quliyeva

Chosen
5
xalqcebhesi.az

1Sources