"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticəsinə görə, Ağdam klubu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Mİsli Premyer Liqasının təmsilçisi ilk oyuna səfərd keçirəcək.
II təsnifat mərhələsində ilk görüş iyulun 22-də və ya 23-də, cavab qarşılaşması 29-da və ya 30-də baş tutacaq.
Telegram kanalımız