EN

Xamneyi: İran təslim olmayacaq və ABŞ müdaxiləsinə cavab verəcək

İranın ali dini lideri Əli Xamneyi ABŞ prezidenti Donald Trampın təslim olmaq çağırışına cavab verərək, ölkənin “möhkəm duracağını” və təslim olmaq niyyətində olmadığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xamneyinin sözlərinə görə, Tehran ABŞ-ın istənilən hərbi müdaxiləsinə cavab verəcək və “bərpaolunmaz zərbə” endirəcək.

“İranı, onun xalqını və tarixini tanıyan müdrik insanlar bu ölkə ilə təhdid dili ilə danışmazlar, çünki İran xalqı əsla təslim olmur. Amerikalılar bilməlidirlər ki, ABŞ hər hansı hərbi müdaxilənin nəticəsində, şübhəsiz ki, geri dönüşü olmayan zərər görəcək”, – deyə o, xalqa müraciətində qeyd edib.

Qeyd edək ki, 17 iyun tarixində Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etmişdi. O həmçinin bildirib ki, İranla bağlı məsələni ABŞ ordusu ilə həll etmək istəməzdi, lakin Vaşinqtonun səbri tükənmək üzrədir.

Chosen
2
nocomment.az

1Sources