İranın Fordodakı yeraltı nüvə obyektini yalnız ABŞ ordusunun arsenalında olan GBU-57A/B super ağır bomba məhv etmək olar.
Herbiand.az xəbər verir ki, bu barədə silah ekspertlərinə istinadən New York Post qəzeti yazıb.
Fordodakı nüvə obyekti təxminən 90 metr dərinlikdə dağın altında yerləşir. Belə obyekti məhv etmək üçün böyük dərinlikdə dağıdıcı qüvvəyə malik bombalar lazımdır.
Nəşr ABŞ Hərbi Akademiyasının şəhər müharibəsi tədqiqatları üzrə rəhbəri Con Spenserdən sitat gətirir: "Birləşmiş Ştatlar həm təyyarəyə, həm də sursata nəzarət edir. Bu, Amerika bombardmançısı və Amerika bombası olacaq".
Sözügedən bombalar yerin dərinliklərinə nüfuz edir və sonra partlayır ki, bu da onun yeraltı tikililərə çatmasına imkan verir. Belə bir döyüş sursatının dəyəri 500 milyon dolları ötür, çəkisi isə 15 tondur. Onu yalnız İsrailin arsenalında olmayan B-2 Spirit strateji bombardmançıları daşıya bilər.
“Wall Street Journal” yazır ki, 2013-cü ilə qədər ABŞ Hərbi Hava Qüvvələri bu sursatlardan 20-ni almışdı.