EN

Milli baş geyimi və örtükləri" layihəsinin icrasına başlanılıb

“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə kiçik qrant müsabiqəsinin qalibi olaraq, "Milli baş geyimi və örtükləri" adlı layihənin icrasına başlayıb.

İctimai Birlikdən Herbiand.az-a bildirilib ki, layihənin məqsədi Azərbaycan xalqının qədim və zəngin geyim mədəniyyətinin ayrılmaz hissəsi olan kişi və qadın baş geyimlərinin tədqiqi, təbliği və bu mədəni irsin gələcək nəsillərə ötürülməsidir. Layihənin icrası zamanı milli baş geyimlərinin yalnız tarixi deyil, həm də sosial funksiyasını işıqlandıraraq ictimai diqqəti bu sahəyə yönəltməyi hədəfləyir.

Layihə çərçivəsində konsert tədbirləri təşkil olunacaq, konsert zamanı isə Azərbaycanın kişi və qadın baş geyimlərindən ibarət sərgi tamaşaçılara təqdim ediləcək. Bu sərgi vasitəsilə izləyicilər milli baş geyimlərinin zənginliyi və müxtəlifliyi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Chosen
2
2
herbiand.az

3Sources