EN

Əli Xamenei İran xalqının heç vaxt təslim olmayacağını bəyan edib - Yenilənib

İranın ali rəhbəri Əli Xamenei Trampın "dərhal təslim olmaq" çağırışına cavab olaraq İran xalqının "heç vaxt təslim olmayacağını" bəyan edib...

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, o, bu barədə xalqa müraciətində bildirib.

O, həmçinin qeyd edib ki, ABŞ İranla hərbi münaqişəyə girdiyi təqdirdə bunun nəticəsi onun üçün çox ağır olacaq.

***

İran SNN telekanalı ölkənin ali lideri Əli Xaməneinin köhnə müraciətini yayımlayıb.

"Report" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

O, çıxışında İranın öz ərazisinə edilən hücuma etinasız yanaşmayacağını bildirib:

"SNN əvvəlcədən bunun iyunun 13-dəki çıxış olduğunu qeyd etməyib. Bir müddətdən sonra yayımı dayandırıb".

***

Tehran öz ərazisinə hücuma etinasız yanaşmayacaq, ölkənin Silahlı Qüvvələri hazırlıq vəziyyətindədir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İranın ali lideri ayətullah Əli Xamənei xalqa müraciətində bildirib.

***

İranın ali lideri ayətullah Əli Xamenei yaxın vaxtda xalqa müraciət edəcək.

"Report" xəbər verir ki, bu barədə TASS ölkə rəhbərinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Ali rəhbərin İran xalqına televiziya müraciəti bir neçə dəqiqə sonra yayımlanacaq", - məlumatda vurğulanıb.

Poliqon.info

Chosen
18
5
poliqon.info

10Sources