ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Məlumatı DİN verib.
İyunun 17-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 2 patron darağı və 88 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
P.ƏMİRCANOVXQ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.