EN

İran ilk dəfə İsrailə məxsus Hermes PUA nı vurdu VİDEO

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

İran İsraillə münaqişə başlayadan bəri ilk dəfə İsrailə məxsus "Hermes 900" pilotsuz uçuş aparatını (PUA) vurub. 

"Unikal" xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə Qüvvələri təsdiqləyib. 

"Əməliyyat fəaliyyəti zamanı Hərbi Hava Qüvvələrinin uzaqdan idarə olunan pilotsuz təyyarəsinə yer-hava raketi atılıb. Təyyarə İranın hava məkanına düşüb, itki və məlumat sızması qorxusu yoxdur", - məlumatda deyilir. 

Bundan əvvəl İran dövlət televiziyası İsfahanda İsrailə məxsus PUA-nın ələ keçirildiyi barədə məlumat yaymışdı. 

Ağarza Elçinoğlu 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
2
unikal.az

10Sources