Fəaliyyətini dayandırmış kazinoda qalib olmuş şəxs həmin uduşu kazino sahibindən tələb edə bilər.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında müzakirə olunan Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Sənəddə qeyd olunub ki, kazino oyunlarının təşkili üçün lisenziyanın qanunla nəzərdə tutulmuş hallarda dayandırılması və ya ləğvi lisenziya əsasında təşkil edilən kazino oyunlarında uduş qazanmış şəxsin həmin uduşu kazino təşkilatçısından tələb etməsinə dair hüququ istisna etmir.