EN

Yaponiyanın baş naziri Haaqa sammitində iştirak edəcək

Yaponiyanın baş naziri Şiqeru İşiba gələn həftə Hollandiyaya səfər edəcəyini və NATO sammitində iştirak edəcəyini bildirib.

Korrespondet.az “TASS”a istinadən xəbər verir ki, o, bu barədə Alberta ştatının Kananaskis şəhərində keçirilən G7 sammitinin yekunlarına dair mətbuat konfransında açıqlama verib.

“İyunun 24-dən 26-dək Hollandiyada Haaqaya səfər etməyi və NATO sammitində iştirak etməyi planlaşdırıram. Yaponiya sülh və müstəqilliyi, xalqın həyatını qorumaq üçün xarici siyasət yürütməyə davam edəcək. Eyni zamanda müttəfiqlər və tərəfdaşlar, o cümlədən ABŞ ilə çox səviyyəli əməkdaşlığı gücləndirəcək” – deyə İşiba qeyd edib.

1Sources