EN

ABŞ İRANA HÜCUMA QATILACAQ? Donanma Şərqi Aralıq və Oman dənizinə cəmlənir

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

ABŞ prezidenti Donald Trampın İrana ühcum planının masada olduğunu açıqlamasından sonra gözlər bölgədəki Amerika donanmasına yönəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən axşam Ağ Evdə keçirilən təhlükəsizlik şurası toplantısından sonra ABŞ-ın bölgədəki hərbi donanması  Şərqi Aralıq dənizi ilə Oman dənizi istiqamətidə cəmlənir.

Məlumatda deyilir ki, bu gün əshərə yaxın ABŞ-ın üçüncü təyyarədaşıyan nəhəng gəmisi Şərqi Aralıq dənizində münasib mövqedə yerləşdirilib: "Bununla yanaşı,  İkinci təyyarədaşıyan gəmi Ərəb (Oman) dənizinə yönəldilib".

Pentaqon bu hərəkətin müdafiə məqsədi daşıdığını iddia etsə də, hərbi mənbələr hesab edir ki, bu mövqe ABŞ-ı mümkün münaqişədə iştirak etmək üçün əlverişli mövqeyə qoyur.

Firudin Səfərli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
1
mia.az

2Sources