“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa idman oyunlarına pul qoyuluşu etdiyi üçün futboldan ömürlük uzaqlaşdırıla bilər.
Msport.az xəbər verir ki, futbolçunun məhkəməsi başa çatıb və növbəti 6 həftə ərzində rəsmi qərarın çıxarılacağı gözlənilir.
27 yaşlı braziliyalı 2022-ci ildən “Vest Hem”in formasını geyinir. O, son mövsümdə bütün yarışlarda meydana çıxdığı 36 matçda 5 qol müəllifi olub. Paketanın Premyer Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilə qədərdir.