BAKI, 18 iyun. TELEQRAF
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, iyunun 19-da cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 20-21° isti olacaq.