Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların gündəliyini açıqlamayıb.
Yenisabah.az armenpress-ə istinadla xəbər verir ki, səfərin gündəliyi ilə bağlı ictimaiyyət üçün birgə bəyanat planlaşdırılır.
Paşinya bildirib: "Razılaşmalara əsasən, bəyanatın bəndlərini vaxtından əvvəl açıqlamaq olmaz".
Ötən gün Ermənistan parlamentinin sədri Alen Simonyan Paşinyanın iyunun 20-də Türkiyəyə gedəcəyini və ölkə rəhbərliyi ilə danışıqlar aparacağını bəyan edib.
Telegram kanalımız