EN

Azad olunan ərazilərdə çalışan təhsil işçiləri ilk dəfə sertifikasiya imtahanlarında iştirak ediblər (FOTO)

Bakı. Trend:

Bərdə və Ağcabədi rayonlarında müəllimlərin sertifikasiyaimtahanı keçirilib.

Trend xəbər verir ki, QarabağRegional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumitəhsil müəssisələrində çalışan təhsil verənlərinsertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.

Belə ki, imtahana Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindəolan təhsil müəssisələrinin pedaqoji heyəti qatılıb. Bu il ilk dəfəolaraq sertifikasiya imtahanlarında Xankəndi şəhər N. Gəncəvi adına4 nömrəli tam orta məktəb, Şuşa şəhər 1 nömrəli orta məktəb, Ağdərərayon Talış kənd orta məktəb, Füzuli şəhər Mirzə Uluqbəy adına 1nömrəli tam orta məktəb, Xocalı rayon 1 nömrəli orta eləcə dəXocalı rayon Ballıca kənd orta məktəbdə çalışan təhsil verənləriştirak edib.

Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb və Ağcabədişəhər M. Aranlı adına 11 nömrəli tam orta məktəblərin inzibatibinasında keçirilən imtahan prosesi tam şəffaf şəkildə və elektronqaydada təşkil olunub. Elm və Təhsil nazirliyinin Məktəbəqədər vəümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı və QarabağRegional Təhsil İdarəsinin müdiri Sənan Məsimli imtahanınkeçirildiyi Bərdə şəhər N. Nərimanov adına 3 nömrəli tam ortaməktəbə gələrək proseslə tanış olub və müəllimlərə uğurlararzulayıblar. Hər iki rayonda təşkil edilən imtahanlarda 1894müəllim iştirakı üçün şərait yaradılıb.

Qeyd edək ki, imtahanda 60 sual təqdim edilib. Hər düzgün cavab1 balla qiymətləndirilir. İmtahan prosesi 120 dəqiqə çəkir.Bumərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmışrejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahanbaşa çatdıqdan dərhal sonra namizədə elan olunub.

Azad
Azad
Azad
Azad
Azad
Azad
Chosen
3
16
az.trend.az

10Sources