EN

Ermənistanda iş adamı hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunur

BAKI, 18 iyun. TELEQRAF

Ermənistanda saxlanılan iş adamı Samvel Karapetyan hakimiyyəti ələ keçirməyə çağırış etməkdə ittiham edilir.

Teleqraf xəbər verir ki, bu barədə vəkil Armen Feroyan jurnalistlərə bildirib.

Ermənistan İstintaq Komitəsi məhkəməyə Karapetyanın həbs olunması ilə bağlı iddia təqdim edib.

Vəkil bildirib ki, müvəkkili öz hərəkətlərində cinayət əlamətləri görmür.

Chosen
11
2
teleqraf.com

4Sources