EN

“Sabah” avrokuboklarda tarix yazan komanda ilə üz üzə “qraflar” kimdi?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ölkəmizi tarixində ilk dəfə Avropa Liqasında təmsil edəcək “Sabah”ın 1-ci təsnifat mərhələsindəki rəqibi bəlli oldu. Masazır təmsilçisi Sloveniya “Selye”si ilə qarşılaşacaq.“Football-plus.az” “bayquşlar”ın turnirdəki ilk rəqibi haqda ətraflı məlumatı təqdim edir.“Selye” eyniadlı şəhərin təmsilçisidi. 1919-cu ildə əsası qoyulyb, 1991-ci ildə qurulan Sloveniya premyer-liqasının bütün mövsümlərində iştirak edən iki komandadan biridi (digəri “Maribor”du). İlk çempionluğunu 2019/20, ikincini 2023/24 mövsümündə qazanıb. Tarixində iki dəfə - 2005 və 2025-ci illərdə ölkə kubokunu başı üzərində qaldırıb. “Qraflar” sonuncu mövsümü 4-cü yerdə bitirib.“Selye” Konfrans Liqasının 2024/25 mövsümündə 1/4 finala qədər irəliləyib. Burda İtaliya “Fiorentina”sına uduzan (1:2, 2:2) “Selye” futbol tarixinə Sloveniyanı avrokubokların əsas mərhələsində təmsil edən ilk komanda kimi düşüb.“Sarı-mavilər”in heyətində 32 futbolçu yer alır ki, 8-i milli üzvü, 17-si legionerdi. “Transfermarkt”a görə, klubun ümumi dəyəri 13,61 milyon avrodu. Komandanın orta yaş həddi 26-ya bərabərdi. Baş məşqçisi 43 yaşlı ispaniyalı Albert Rieradı. Vəzifəyə ötən ilin iyulunda təyin edilən mütəxəssislə 2 illik müqavilə imzalanıb.“Selye” ev oyunlarını 13059 yerlik “Zdezele Arena”da keçirir.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
1
icma.az

2Sources